Gürcüstan 2023-cü ilin yanvar-iyul aylarında qaz idxalını 18 faiz artıb.
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, Gürcüstan 2022-ci ilin 7 ayında 237,331 milyon dollar həcmində təbii qaz alıb. Bu il isə idxal olunan təbii qazın həcmi 280,423 milyon dollar təşkil edib.
Qeyd edilir ki, Gürcüstan istehlak etdiyi “mavi yanacağı” 2 ölkədən - Azərbaycandan və Rusiyadan alır.
Azərbaycan Türkiyəyə ən çox qaz ixrac edən - ÖLKƏ OLUB
Gürcüstanın bu il Rusiyadan idxal etdiyi qazın həcmini 154,6 faiz artıb, Azərbaycandan idxal isə 4 faiz azalıb.
Belə ki, cari ilin yanvar-iyul aylarında Gürcüstan Rusiyadan 83,541 milyon dollar dəyərində qaz alıb, ötən ilin eyni dövründə bu, cəmi 32,809 milyon dollar olub.
Hesabat dövründə Gürcüstan Azərbaycandan 196,881 milyon dollar həcmində qaz alıb. Keçən il isə bu rəqəm 204,522 milyon dollar olub.
Rusiyadan alınan təbii qazın həcminin artmasına baxmayaraq, Azərbaycan Gürcüstanın əsas təbii qaz tədarükçüsü olaraq qalır.
Gürcüstan istehlak etdiyi qazın 70,2 faizini Azərbaycandan alır. (Azərtac)