2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 93 milyon 934 min dollar dəyərində 1 milyard 745 milyon 249 min kvt/saat elektrik enerjisi ixrac edilib.
Azərbaycanın təbii qaz ixracından gəlirləri - 41% AZALIB - RƏQƏMLƏR
FED.az bu barədə Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 285 milyon 366 min dollar və ya 75,2%, miqdar ifadəsilə isə 2 milyon 178 min kvt/saat, başqa sözlə 55,5% azalıb.
2023-cü ilin yanvar-noyabr aylarında xaricə elektrik enerjisi ixarcı 379 milyon 300 min dollar dəyərində 3 milyard 923 milyon 216 min kvt/saat təşkil edib.
Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,39 %, qeyri-neft sektoru üzrə ixracında isə 3,04 % paya malik olub.
Keçən ilin müvafiq dövründə isə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 1,20%, qeyri-neft sektoru üzrə ixracında isə 12,50 % paya malik olub.