2024-cü ilin yanvar-noyabr ayında Azərbaycandan 7 milyard 604 milyon dollar həcmində 23 milyon 522 min kub metr təbii qaz ixrac edilib.
Xam neft ixracından gəlirlər 2 milyard dollara yaxın azaldı - YENİ GÖSTƏRCİLƏR
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5 milyard 171 milyon dollar və ya 40,5%, miqdar ifadəsilə isə 857 min kub metr, başqa sözlə 3,5% azalıb.
Qeyd edək ki, 2023-cü ilin ilk 11 ayı ərzində Azərbaycandan 12 milyard 775 milyon dollar dəyərində 24 milyon 379 min kub metr təbii qaz ixrac olunmuşdu.
Bu ilin yanvar-noyabr ayında Azərbaycanın ixrac etdiyi təbii qazın 1 kub metrinin orta ixrac qiyməti 54 qəpik təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 89 qəpik idi. Bu da illik müqayisə ilə 34 qəpik və ya 38,3% azalma deməkdir.
Bu il ümumi ixracın 31,24%-i təbii qazın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 40,54% olub.