2024-cü ilin yanvar-avqust aylarında Azərbaycandan xaricə 220,4 milyon ABŞ dolları dəyərində 550,5 milyon m3 təbii qaz ixrac edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin (DSK) hesabatına istinadən xəbər veir.
2023-cü ilin əvvəlki ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan təbii qaz ixracı dəyər ifadəsi ilə 426,2 milyon dollar (2,9 dəfə) azalıb, miqdar ifadəsi ilə 2,2 milyon m3 (0,4%) artıb.
Xatırladaq ki, 2023-ci ilin yanvar-aqust aylarında xaricə 646,7 milyon dollar dəyərində 548,3 milyon m3 qaz ixrac edilmişdi.
Bu il Azərbaycanın Yunanıstana satdığı qaz ötən illə müqayisədə 3 dəfəyədək ucuzlaşıb. Belə ki, bu il Yunanınstana satılan hər min kubmetr qazın orta ixrac qiyməti 400 dollar və ya 681 manat olub (hər kub metr üçün 68 qəpik). Ötən il isə bu qiymət 1 179 dollar, başqa sözlə 2 005 manat olmuşdu (hər kub üçün 2 manat 5 qəpik). Bu da illik müqayisədə 779 dollar (1 324 manat) və ya 66% (2,9 dəfə) azalma deməkdir (hər kub üçün 1 manat 32 qəpik).