2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan xaricə 4 milyard 756 milyon ABŞ dolları dəyərində 13 milyard 845 milyon m3 təbii qaz ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) hesabatına istinadən xəbər veir.
2023-cü ilin əvvəlki ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan təbii qaz ixracı dəyər ifadəsi ilə 4 milyard 178 milyon dollar (46,8%) azalıb, miqdar ifadəsi ilə 431 milyon 669 min m3 (3,2%) artıb.
Xatırladaq ki, 2023-ci ilin yanvar-iyul aylarında xaricə 8 milyard 934 milyon dollar dəyərində 13 milyard 414 milyon m3 qaz ixrac edilmişdi.
Bu il Azərbaycanın xaricə satdığı qaz ötən illə müqayisədə 2 dəfəyədəkucuzlaşıb. Belə ki, bu il xaricə satılan hər min kubmetr qazın orta ixrac qiyməti 343 dollar (584 manat) olub. Ötən il isə bu qiymət 666 dollar (1 132 manat) olmuşdu. Bu da illik müqayisədə 323 dollar (548 manat) və ya 48,4% (1,9 dəfə) azalma deməkdir.
Qazın ixracının artmasına baxmayaraq ümumi ixracdakı payı azalıb. Belə kİ, 2024-cü ilin ilk 7 ayının nəticələrinə görə, Azərbaycandan ixracın ümumi həcminin 29,54%-i təbii qazın payına düşüb. 2023-ci ilin eyni dövründə isə qaz Azərbaycanın ümumi ixracındacəmi 43% paya malik idi.