2024-cü ilin yanvar-may aylarında Azərbaycandan xaricə 3 milyard 451 milyon ABŞ dolları dəyərində 9 milyard 913 milyon kubmetr təbii qaz ixrac edilib.
Azərbaycanın neft satışından - GƏLİRLƏRİ AZALIB - YENİ RƏQƏMLƏR
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) hesabatına istinadən xəbər veir.
2023-cü ilin əvvəlki ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan təbii qaz ixracı dəyər ifadəsi ilə 3 milyard 652 milyon dollar (2,1 dəfə) azalıb, miqdar ifadəsi ilə 549 milyon kubmetr (6%) artıb.
Xatırladaq ki, 2023-ci ilin yanvar-may aylarında xaricə 7 milyard 103 milyon dollar dəyərində 9 milyard 363 milyon kubmetr qaz ixrac edilmişdi.
Bu il Azərbaycanın xaricə satdığı qaz ötən illə müqayisədə 2,2 dəfə ucuzlaşıb. Belə ki, bu il xaricə satılan hər min kubmetr qazın qiyməti 348 dollar olub. Ötən il isə bu qiymət 759 dollar olmuşdu.
Qazın ixracdakı payı da azalıb. Belə kİ, 2024-cü ilin ilk 5 ayının nəticələrinə görə, Azərbaycandan ixracın ümumi həcminin 31%-i təbii qazın payına düşüb. 2023-ci ilin eyni dövründə isə qaz Azərbaycanın ümumi ixracında payı 44% idi.