2024-cü ilin yanvar-sentyabr ayında Azərbaycandan 6 milyard 75 milyon dollar həcmində 18 milyon 731 min kub metr təbii qaz ixrac edilib.
Azərbaycanda ən çox təbii qaz istehlak edən - 10 RAYON VƏ ŞƏHƏR (2023)
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5 milyard 333 milyon dollar və ya 46,8%, miqdar ifadəsilə isə 1 milyard 689 milyon kub metr, başqa sözlə 8,3% azalıb.
Qeyd edək ki, 2023-cü ilin ilk 9 ayı ərzində Azərbaycandan 11 milyard 409 milyon dollar dəyərində 20 milyon 420 min kub metr təbii qaz ixrac olunmuşdu.
Bu ilin yanvar-sentyabr ayında Azərbaycanın ixrac etdiyi təbii qazın 1 kub metrinin orta ixrac qiyməti 55 qəpik təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 94 qəpik idi. Bu da illik müqayisə ilə 39 qəpik və ya 41,9% azalma deməkdir.
Bu il ümumi ixracın 30,6%-i təbii qazın payına düşüb.