2023-cü ildə Azərbaycan əhalisi tərəfindən ümumilikdə 3 milyard 981,7 milyon kub metr təbii qaz istehlak olunub.
FED.az bu barədə Dövlət Statistika Komtiəsinə istinadən xəbər verir.
Məlumata əsasən ən çox istehlak 1 milyard 491 milyon kub metr olmaqla paytaxt Bakı şəhərinin payına düşüb.
Abşeron rayonu 298,1 milyon m3 göstərici ilə ikinci olub.
Gəncə əhalisi ötən il 142,7 milyon m3, Sumqayıt əhalisi isə 134,6 milyon m3 təbii qaz istehlak edib.
Şəmkir rayonu istehlak səviyyəsinə görə 5-ci pillədə qərarlaşıb və ötən il rayonun istehlag göstəricisi 84,7 milyon m3 təşkil edib.
Bununla yanaşı ötən il Lənkəranda 80,8 milyon m3, Xaçmazda 75,2 milyon m3, Masallıda 63,2 milyon m3 ,Bədədə 62,7 milyon m3, Tovuzda isə 62 milyon m3 təbii qaz istehlak edilib.