2024-cü ildə Azərbaycanda 29 milyon 63 min ton dəyərində xam neft istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə xam neft istehsalı 1 milyon 126,6 min ton və ya 3,7% azalıb.
2023-ü ildə bu göstərici 30 milyon 190 min ton təşkil edib.
1 yanvar 2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 347 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 131,2 min ton və ya 60,7% artıqdır.
2024-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycandan xarici ölkələrə 14 milyard 437 milyon dollar həcmində 23 milyon 596 min ton xam neft ixrac edilib.
Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə əsasən xam neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyard 803 milyon dollar və ya 11,1%, miqdar ifadəsilə isə 2 milyon 451 min ton, başqa sözlə 9,4% azalıb.
Qeyd edək ki, 2023-cü il ərzində Azərbaycandan 16 milyard 241 milyon dollar dəyərində 26 milyon 47 min ton xam neft ixrac olunmuşdu.
2024 ilin yanvar-dekabr aylarının nəticələrinə əsasən Azərbaycanın ixrac etdiyi xam neftin 1 tonunun orta ixrac qiyməti 1 040 manat təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 1 060 manat idi. Bu da illik müqayisə ilə 20 manat və ya 1,9% ucuzlaşma deməkdir.
Bu il ümumi ixracın 54,37%-i xam neftin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 47,91% olub.