2024-cü ildə Azərbaycanda 48 milyard 496,7 milyon kub metr həcmində təbii qaz edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə təbii qaz istehsalı 2 milyard 100 milyon kub metr və ya 4,3% artıb.
2023-cü ildə isə istehsal 48 milyard 496,7 milyon kub metr təşkil edib.
01.01.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı olmayıb.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycandan 8 milyard 407 milyon dollar həcmində 25 milyard 772 milyon kub metr təbii qaz ixrac edilib.
Dövlət Gömrük Komitəsinin məlumata görə təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5 milyard 271 milyon dollar və ya 38,5%, miqdar ifadəsilə isə 851,2 milyon kub metr, başqa sözlə 3,2% azalıb.
Qeyd edək ki, 2023-cü il ərzində Azərbaycandan 13 milyard 678 milyon dollar dəyərində 26 milyard 623 milyon kub metr təbii qaz ixrac olunmuşdu.
Ötən ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi təbii qazın 1 kub metrinin orta ixrac qiyməti 55 qəpik təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 87 qəpik idi. Bu da illik müqayisə ilə 32 qəpik və ya 36,5% azalma deməkdir.
Ötən il ümumi ixracın 31,66%-i təbii qazın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 40,35% olub.