2024-cü il ərzində Azərbaycanda 27,4 ton mazut istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da 2023-cü il ilə müqayisədə 21,7 ton və ya 4,8 dəfə artım deməkdir.
2023-cü ildə 5,7 ton mazut istehsal olunub.
Bu ilin 1 yanvar tarixinə anbarlarda qalan məhsulun həcmi əvvəlki iliin eyni dövrü ilə müqayisədə 0,6 ton və ya 35,3% azalaraq 1,1 tona düşüb.