2024-cü il ərzində 4 264,9 ton tütün istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da 2023-cü il ilə müqayisədə 2 min 414,6 ton və ya 2,3 dəfə artım deməkdir.
2023-cü ildə 1 850,3 ton tütün istehsal olunub.
Bu ilin 1 yanvar tarixinə anbarlarda qalan məhsulun həcmi əvvəlki iliin eyni dövrü ilə müqayisədə 199,1 ton və ya 35% artaraq 768,2 tona yüksəlib.