Bu ilin yanvar-aprel 4 ayında Azərbaycandan 4 milyard 563 milyon dollar həcmində 8 milyon 204 min ton xam neft ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 198 milyon dollar və ya 4,5%, miqdar ifadəsilə isə 1 milyon 275 min ton, başqa sözlə 18,4% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel ayı ərzində Azərbaycandan 4 milyard 364 milyon dollar dəyərində 6 milyon 928 min ton xam neft ixrac olunmuşdu.
Bu ilin yanvar-aprel aylarının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi xam neftin 1 tonunun orta ixrac qiyməti 945 manat təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 071 manat idi. Bu da illik müqayisə ilə 125 manat və ya 11,7% ucuzlaşma deməkdir.
Bu il 4 ayında ümumi ixracın 51,94%-i xam neftin payına düşüb.Ötən ilin eyni dövründə isə bu göstərici 53,43% olub.