Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 104 ünvanında ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Eləcə də bax: Qoruqda fısdıq ağaclarını kəsib sexə daşıyan dəstə yaxalanıb – DİN ƏMƏLİYYAT KEÇİRİB
Bu barədə xidmətdən FED.az-a daxil olan məlumatda bildirilir.
Xidmət rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı ağacların ərazidə tikinti işləri aparan “Azərstone” MMC tərəfindən kəsildiyi və təbiətə 26 100 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib: “Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”