Prezident İlham Əliyev İlham İsmayılovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
FED.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, İlham Mehdixan oğlu İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin.
Qeyd edək ki, bu günədək İlham İsmayılov Mingəçevir şəhəri başçının birinci müavini idi. Mingəçevin əvvəlki icra başçısı Niyazi Bayramov vəzifəsindən azad edilərək Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunanan sonra Mingəçevir şəhər icra başçısının vəzifələrini də İ.İsmayılov icra edirdi.
ELƏCƏ DƏ BAX: Nazir İnam Kərimov 4 fəaliyyət prinsipini - AÇIQLADI