Azərbaycan Prezidenti İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirdiyi müşavirədə su sahəsi ilə məşğul olan qurumları tənqid edib.
FED.az xəbər verir ki, açıq müzakirə aparılan müşavirədə bəzi qurumların işi və ayri ayrı məsələlər elə yerindəcə araşdırılıb. Bəzi dövlət qurumlarının nümayəndələrinin verdiyi məlumatlar bir-biri ilə ziddiyət təşkil edib.
Ölkə başçısı bildirib ki, bəzi hesablamalara görə, əgər operativ tədbirlər görülməsə, 2030-cu ildə ölkəmizdə səhralaşma prosesi sürətlə gedəcək: "Nədir, siz istəyirsiniz Azərbaycan səhraya dönsün? Ona görə bu münasibətə son qoyulmalıdır. Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır".