Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”i dəyişib. FED.az xəbər verir ki, yeni qərarla saat hesabı ödənilən məbləğlər artırılıb.
Qərara əsasən, professor və elmlər doktorlarının məşğələləri üçün saat hesabı məbləğlər indiyədək olan 7,4-10,6 manatdan indi 10,30-14,70 manata qaldırılıb.
Dosent və fəlsəfə doktorlarında saat hesabı ödəniş məbləğləri 4,9-7,4 manatdan 6,8-10,3 manata qaldırılıb.
Elmi dərəcəsi və elmi adı olmayan işçilərdə isə məbləğlər 3,8-4,9 manatdan 5,3-6,8 manata yüksəldilib.
Məşğələlər üçün saat hesabı ödənilən məbləğlər hazırda belədir:
İndiyədək olan məbləğlər belə idi:
Ödənişlər 10,6 manatdan 14,7 manata qaldırılıb – NAZİRLƏR KABİNETİNDƏN QƏRAR
10:49
9 Avq 2019