Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyi dəyişib.
Eləcə də bax: Milli Məclis bu gün 28 məsələni - MÜZAKİRƏ EDƏCƏK - SİYAHI
FED.az xəbər verir ki, bunu parlamentin spiker Sahibə Qafarova iclasda deyib. S.Qafarova qeyd edib ki, iclasın gündəliyindən 9-cu məsələ (Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında) çıxarılıb və iclasın gündəliyində 27 məsələ qalıb.
Trend