14 Yanvar 2019-cu il tarixində Azərbaycan Prezidentinin imzaladığı fərmanlar ilə bir neçə dövlət qurumu ləğv edilir.
1. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılır. “Azərsilah” qabaqcıl texnologiyaları tətbiq etməklə Azərbaycan Respublikasında silah istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini həyata keçirən, müasir menecment və korporativ idarəetmə standartları əsasında tabeliyində olan müəssisələrin fəaliyyətinin əlaqələndirilməsini və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən kommersiya hüquqi şəxsidir.
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılır. Agentlik baytarlıq və fitosanitar xidmətlərinin təşkilini və idarə edilməsini, keyfiyyətinə nəzarəti həyata keçirirəcəkdir.
Eləcə də bax: Ləğv edilən dövlət qurumları nə vaxt yaradılmışdı, rəhbərləri kimlərdir
3. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv edilir.
4. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ləğv edilir.
5. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilir.
6.Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi ləğv edilir və fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil ediləcək.
7. Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ləğv edilir və fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil ediləcək.
8. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu ləğv edilir və fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil ediləcək.
9.Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilir və fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil ediləcək.