Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizəd Fariz Həsən və Nurlana Cəlilin müraciətinə baxılıb.
FED.az-ın xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.
Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib:
“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız 2 seçki məntəqəsində qanun pozuntusu aşkar edilib”
İclasda daha sonra həmin dairənin 24 və 26-cı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.
report