Rusiyanın "Swem" yük gəmisi Avropa İttifaqının (Aİ) bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən Finlandiyanın Kotka limanında saxlanılıb.
FED.az xəbər verir ki, bu barədə limanın icraçı direktoru Kimmo Naski bildirib: “İlk dəfədir ki, Aİ sanksiyaları Finlandiyadakı limanda yüklərin hərəkətinə mane olur”.
Hazırda gəmi limandan kənardadır və gecikmiş yükü ölkədən ixrac etmək üçün icazə gözləyir. Məsələni araşdıran Finlandiya Xarici İşlər Nazirliyi gəmidəki gübrələrin daşınması ilə bağlı ötən həftə məlumatlandırılıb.
Sanksiyalar şöbəsinin rəhbəri Pia Sarivaara deyib ki, böyük ehtimalla icazə alındıqdan sonra yük gəmisi hərəkətə davam edə biləcək. O, izah edib ki, yük üçüncü ölkəyə göndərilərsə, qaçırıla bilər və ərzaq məhsullarının istehsalını təmin etmək lazımdır.
Məlumata görə, gecikdirilmiş gübrələrin partiyası 20 min tondur, onun dünya bazarında hazırkı qiymətlərlə dəyəri təxminən 10-12 milyon avro təşkil edir (AzərTac).