Rusiya Fövqəladə Hallar Naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edib.
FED.az xəbər verir ki, rusiyalı nazirin Bakıda digər ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.
"Rusiya Fövqəladə Hallar Nazirliyi fövqəladə hallardan zərər çəkmiş ölkələrə humanitar yardımın göstərilməsi sahəsində beynəlxalq arenada aparıcı mövqe tutur. Biz strateji tərəfdaşlarla münasibətdə həmişə açıqlıq və qarşılıqlı hörmət prinsiplərinə əməl edirik", - deyə nazirliyin mətbuat xidməti Kurenkovun sözlərindən sitat gətirib. (Apa)