Avropa İnsan Haqları Məhməməsi (AHİM) “Gürcüstan Rusiyaya qarşı” işi üzrə yekun qərarını açıqlayıb.
Rusiya Ermənistana qarşı - İqtisadi Sanksiyaya Başlayıb
FED.az xəbər verir ki, Strasburq məhkəməsi iş üzrə Rusiyanın Gürcüstana 129 milyon avro təzminat ödəməsinə hökm edib.
Qərara əsasən Rusiya 2008-ci il Avqust müharibəsi zamanı Gürcüstanın işğal altındakı Cənubi Osetiya bölgəsinin kəndlərində öldürülən mülki şəxslərə, “bufer zona”da evlərin qarət edilməsi, yandırılması, etnik gürcülərin məcburi saxlanılması və onlara qarşı yol verilmiş alçaldıcı davranışlara görə 3,25 milyon avro ödəməlidir.
Məhkəmənin qərarına görə Rusiya eyni zamanda Cənubi Osetiya qüvvələri tərəfindən qeyri-insani davranışlara, məcburi saxlanılmaya məruz qalmış azı 166 nəfərə dəymiş mənəvi zərərə görə isə 2 milyon 697 min 500 avro ödəməlidir.
Bundan başqa Sxinvalidə Cənubi Osetiya qüvvələri tərəfindən müharibə əsirlərinə verilmiş işgəncələrə görə 640 000 avro ödəməlidir.
Rusiya eyni zamanda Cənubi Osetiya və Abxaziyadakı evlərinə qayıtmalarına inzibati qaydada mane olunan gürcü əsilli 23 min nəfərə dəyən mənəvi zərərə görə isə Gürcüstana 115 milyon avro ödəməlidir.
Bundan başqa, toqquşmaların aktiv mərhələsi zamanı baş vermiş ölümlərlə bağlı Gürcüstanın effektiv və adekvat təhqiqatlar aparmaq öhdəliyini yerinə yetirə bilməməsi səbəbi ilə mənəvi ziyan dəymiş 412 nəfərə görə isə 8 milyon 240 min avro ödənməlidir.
Qərarda Rusiyanın Gürcüstana təzminatı 3 ay ərzində ödəməsi tələb edilib. (Apa)