Bu ilin yanvar-aprel aylarında Azərbaycan 74,2 milyon ABŞ dolları dəyərində tomat ixrac edib.
FED xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın may sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin ayı ilə müqayisədə 32,2 milyon ABŞ dolları və yaxud 76,7% çoxdur.
Ötən ilin yanvar-aprel aylarında Azərbaycan 42 milyon ABŞ dolları dəyərində tomat ixrac edib.
Təkcə aprel ayında 30,2 milyon dəyərində tomat ixrac olunub ki, bu da il ərzində 4,1 milyon dollar və ya 15,7% çoxdur.
Ötən ilin aprel ayında isə 26,1 milyon dollarlıq pomidor ixrac edilmişdi.