Bu ilin yanvar-aprel aylarında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 11,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
FED bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın may sayına istinadən xəbər verir.
Məlumata görə, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 milyon ABŞ dolları və ya 34,8% azdır.
Ötən ilin yanvar-aprel aylarında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 17,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.