FED.az xəbər verir ki, Rusiyanın ən iri onlayn riteyleri “Wildberries” 2019-cu ildə Azərbaycanda sifariş məntəqəsi açmağı planlaşdırır.
““Wildberries” yeni xarici bazarlara çıxmağa hazırlaşır. 2018-ci ilin IV rübündə şirkət Ermənistanda, 2019-cu ildə isə Azərbaycanda sifariş məntəqələri açacaq. Postsovet ölkələri arasında Azərbaycan onlayn ticarət bazarının həcminə görə üçüncü yerdədir. Şirkətin top-menecerləri hesab edirlər ki, bu qərar iqtisadi cəhətdən əsaslandırılıb», - deyə qəzet şirkətə istinadən qeyd edir.
““Wildberries”in məlumatına görə, yeni sifariş məntəqələri şirkətin öz gücü hesabına açılacaq.
“Wildberries” – Rusiyada geyim, ayaqqabı, məişət və digər malların satışının həyata keçirildiyi beynəlxalq internet-mağazasıdır. Şirkət 2004-cü ildə yaradılıb.*
İnterfax Azərbaycan