FED.az telefonda satış etməyin qaydaları haqqında məqaləni təqdim edir. Telefonda satış etmək üçün nələri bilməlisiniz? Elə isə başlayaq.
1. Hər zaman canlı səs tonuyla danışın.
2. Çok tez danışmayın.
3. Mətn oxuyurmuş kimi danışmayın. Bir mətnə bağlı qalmaq məcburiyyətinizdəsinizsə, mətni əzbərləyin.
4. Zəng etmədən öncə danışacağınızı məşq edin, planlayın.
5. CRM (Müştəri əlaqələrinin idarə edilməsi) istifadə edirsinizsə, zəng ediləcək şəxsin firmanızla olan keçmişini yaxşı araşdırın. Daha əvvəl nə kimi xidmətlər almış, neçə dəfə zəng etmiş, hansı mövzularda görüşülmüşdür? Bu suallara hakim olmaq görüşünüzdə sizə üstünlük qazandıracaqdır.
6. Təqdim etdiyiniz məhsula hakim olun. Əks təqdirdə çətin bir sual qarşısında özünüzü gülünc vəziyyətdə görə bilərsiniz.
7. Telefonda satış metodları üçün çox vacib bir qayda daha: Sadəcə özünüz danışmayın. Qarşı tərəfə tez-tez söz haqqı verin. Hətta danışması üçün ondan müxtəlif suallar soruşun.
Eləcə də bax: «Facebook»a meydan oxuyanlar – YENİ MEDİA DÖVRÜ
8. Əgər zəng mərkəzində çalışırsınızsa, stolunuza bir ayna qoyun və görüşmə əsnasında təbəssüm etməyə çalışın. Qarşı tərəf təbəssüm etdiyinizi görə bilməyəcək, amma enerjinizi hiss edəcək. Qaşlarınızı çatmadığınızdan, aqressiv və gərgin olmadığınızdan əmin olun. Bu mövzuda ayna çox işinizə yarayacaq.
Telefonda satışın əsas məqamları / Soyuq satı metodları
Telefonda satış metodları, dataların əldə edilmə müddətinə və zəng edilmə səbəbinə görə fərqlənir.
1. Zəng edilən şəxs bu zəngi gözləyir mi?
2. Müştəriyə biz mi zəng edirik, yoxsa gələn zəngi mi cavablayırıq?
3. Zəng edəcəyimiz data haradan gəldi?
Birinci maddə ilə başlayaq. Deyək ki satış edəcəymiz dataları biz axtarırıq:
Biz zəng ediriksə, necə əlaqə qurmalıyıq?
Gün ərzində insanlara zəng etmək üçün ən uyğun saatlar 11:00-18:00 saat aralığıdır. Çox tez saatda zəng etsəniz hələ oyanmamış, səhər yeməyini etməmiş, günə başlaya bilməmiş insanlarla qarşılaşıb onları əsəbləşdirə bilərsiniz. Çox gec saatda zəng etsəniz işdən zehni yorulmuş insanlarla qarşılaşar və sizi dinləmələri üçün heç bir səbəb tapa bilməzsiniz. Diqqətlərini sizə cəmləyə bilməzlər.Telefon açan şəxsə öncə salam verin və dərhal haradan, nə səbəblə zəng etdiyinizi açıqlayıb özünüzü təqdim edin.
Məlumat almaq üçün özü zəng edən müştərilərlə necə görüşməliyik?
Əgər heç bir filtrdən keçmədən bir başa sizə çatan bir datanın zəngini cavablayırsınızsa qurumunuzu və özünüzü təqdim etməyi unutmayın. “Alo, buyurun” şəklində cavablanan telefonlar tam bir uğursuzluqdur. Zəng edən şəxsə haraya zəng etdiyini təsdiq edərək cavablayın.
Datanın xüsusiyyətinə görə, zəng metodları
Telefonda satış metodları mövzusunda ən çox çətinlik çəkilənlər datalardır, sizdən zəng gözləməyənlərdir. Bu tip müştərilərə daha həssas davranın. Bu zaman həmin şəxslərə zəng edərkən uyğun olub olmadıqlarını soruşun. Çünki onlar siz zəng edin deyə əlaqə nömrəsi qoymayıblar. Ümumi qaydalar belədir:
1. Salamla
2. Haradan zəng etdiyini açıqla
3. Doğru şəxslə görüşdüyünü təsdiq et
4. Hal-əhvalını, uğun olub-olmadığını soruş
5. Niyə zəng etdiyini açıqla