Azərbaycanda şirniyyat evi olan “AZZA”ya yeni rəhbər təyin edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı "Banker"ə istinadən xəbər verir ki, Nəriman Hüseynov Eldar oğlu “AZZA” QSC-yə yeni rəhbər təyin edilib.
Ona qədər 2021-ci ildən bu vəzifədə Rüstəm Gərəkməzli İsa oğlu idi.
Qeyd edək ki, Şirkətin 7 566 098 manat nizamnamə kapitalı vardır. Bu gün şəhərin hər yerində 120 AZZA mağazası mövcuddur.
FED.az xəbər verir ki, Nəriman Hüseynov Eldar oğlunun peşəkar fəaliyyəti əsasən AZZA şirkətlər qrupu ilə olub. Belə ki, indiki təyinata qədər o «AZZA AGRO» MMC-də İcraçı direktor və layihə rəhbəri olub.
«AZZA AGRO» MMC - İsmayıllı rayonunun Keyvəndi kəndində 1000 başlıq müasir heyvandarlıq kompleksidir. Kompleks AZZA şirniyyat məhsullarının xammal bazasını (süd, ət və s.) gücləndirmək üçün yaradılıb. Nəriman Hüseynov tikinti prosesində əsas işlərin layihə rəhbəri kimi çıxış edib.














