30 Avqust 2019-cu il tarixində Vergilər Nazirliyi tərəfindən "Cəlilabad Şərab - 9" ASC-ni dövlət qeydiyyatına alınıb.
FED.az xəbər verir ki, açıq səhmdar cəmiyyətinin hüquqi ünvanı Cəlilabad rayonu, Günəşli kəndidir.
Eləcə də bax: Azərbaycanın şərab zavodu məhsullarını - İSPANİYAYA İXRAC EDƏCƏK
"Cəlilabad Şərab - 9" ASC-nin nizamnamə kapitalı 375 min 214.4 manatdır. Şirkətin qanuni təmsilçi Talıbov Vaqif Murtuz oğludur.
Bu ilin Yanvarında Əmlak Məsələləri Dövlət Komitəsi “Cəlilabad-Şərab-9” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 99,72%-nin satışı üzrə investisiya müsabiqəsi elan etmişdi. İddiaçılar qarşısında qoyulan şərt və tələblərə görə, müəssisənin fəaliyyətinin bərpası və digər istehsal (emal) sahəsinin yaradılması üzrə ümumi həcmi 400 000 manatdan az olmayan İnvestisiya Proqramı təqdim edilməli idi. Komitə İnvestisiya müsabiqəsinin yekunu barədə məlumat açıqlamayıb.
"Cəlilabad Şərab - 9" ASC-nin yenidən dövlət qeydiyyatına alınması və onun qanuni təmsilçisinin Talıbov Vaqif Murtuz oğlu olması zavodun özəlləşdirildiyinə işarədir.
“Cəlilabad-Şərab-9” “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində idi. 1981-ci ildə istifadəyə verilmiş "Cəlilabad Şərab - 9" üzüm emalı və şərab istehsalı ilə məşğul olub.
Marja