Rusiyanın iri Wildberries onlayn platforması mövcud olan bütün ölkələrdə sahibkarlarla əməkdaşlığın əhatə dairəsini genişləndirməyə davam edir və Azərbaycanda sifarişlərin götürülməsi məntəqələrinin açılması üzrə françayzinq proqramının başlandığını elan edir.
Rusiyanın iri onlayn pərakəndə satış şirkəti Azərbaycan bazarına - DAXİL OLDU
FED.az xəbər verir ki, Wildberries-dən daxil olmuş məlumata görə, indi yerli sahibkarlar müstəqil olaraq özlərinə sifarişlərin təhvil verilməsi məntəqələri aça və gəlir əldə edə bilərlər.
Wildberries-sifarişlər üzrə dövriyyənin 4,04%-ni Azərbaycan sahibkarlarına təklif edir: "Bu da investisiyanı tez bir zamanda ödəyəcək".
Wildberries ilə birlikdə təhvil məntəqəsi açmaq üçün franchise.wildberries.ru saytında ərizə təqdim etmək, sonra interaktiv xəritədən istifadə edərək yeri müəyyən etmək kifayətdir. Burada sahibkarlar sifarişlər və müştərilərlə işləmək üçün bütün lazımi funksiyalara çıxış əldə edirlər.
“Wildberries Azərbaycanda bu il avqustun əvvəlindən satışa başlayıb. Biz görürük ki, ölkədə onlayn alış-verişin populyarlığı sürətlə artmaqda davam edir, ona görə də biz yerli bizneslərlə fəal əməkdaşlıq etməyi və Wildberries çatdırılma məntəqələri şəbəkəsini birgə artırmağı planlaşdırırıq. Sifarişlərin çatdırılması üzrə tərəfdaş məntəqənin sahibi olan sahibkarlar Wildberries-in böyük müştəri trafiki sayəsində sabit gəlir əldə edirlər. Hər gün bizə 8,8 milyondan çox sifariş verilir və müştəri aktivliyi artmaqda davam edir”, - Wildberries-in mətbuat xidmətindən bildiriblər. (Marja)