"SvetoCopy" brendi altında məhsullar istehsal edən Amerikanın kağız şirkəti "Sylvamo" Rusiya Federasiyasındakı aktivlərini Rusiyanın "PALP Invest" şirkətinə 420 milyon dollara satıb.
Eləcə də bax: Rusiya bazarını tərk edən xarici bizneslər - 200-240 Milyard Dollar İtirib
FED.az xəbər verir ki, Sylvamo-nun baş direktoru Jean-Michel Ribière, "Biz Rusiyanı tərk etmək barədə prinsipial qərar qəbul etdik və PALP Invest-in rusiyalı həmkarlarımız və aktivlərimiz üçün ən yaxşı seçim olduğuna inandıq" deyib.
Valyuta fərqləri çıxıldıqdan və əməliyyat haqları ödənildikdən sonra şirkət 390 milyon dollar əldə edib. Ribyer onu da əlavə edib ki, bu məbləğin 325 milyon dolları şirkətin borcunun ödənilməsinə yönəldiləcək.
Rusiyada "Sylvamo" ofis və ofset kağızı, maye qida qablaşdırma lövhəsi və ağardılmış termomexaniki pulpa istehsal edib və satıb. Mayın 13-də şirkət Rusiyadan çıxacağını elan edib.
"PALP İnvest" Rusiyanın kağız kağız istehsalçısıdır. (Marja)