23 fevral 2023-cü il tarixində Innoland Mərkəzində onlayn alış-verişdə bir sıra yeniliklərə imza atan Wegros platformasının təqdimatı həyata keçirildi.
FED.az xəbər verir ki, təqdimatda platformanın müştəriləri, həmçinin öz məhsul və xidmətlərinin satışını "Wegros"da həyata keçirən bir sıra istehsalçı şirkətlərin rəhbərləri və nümayəndələri iştirak etdi.
Wegros bir çox lokal və qlobal onlayn platformalardan fərqli olaraq icma əsaslı alış-veriş platfomasıdır. Burada hər bir istehsalçı öz məhsulunun alıcı və satıcı icmasını formalaşdıra bilər. Bunun üçün platforma daxilində bütün texniki imkanlar yaradılmışdır. Həmçinin, Wegros platformasında istehsalçı şirkətlər öz müştəri bazalarını referal mexanizmlər sayəsində daha da genişləndirə bilər.
Platformanın digər faydası alıcılaradır. Məişətdə gündəlik istifadə edilən məhsulları məhz Wegros-dan əldə edərək istifadəçilər yüksək keçbek bonusları əldə edir. Bu bonusları daha sonra platforma daxilində məhsullara dəyişmək, eyni zamanda texniki inteqrasiyalar sayəsində kommunal və digər ödəmə imkanları çərçivəsində istifadə edə bilərlər. Həmçinin, platforma daxilində qazanılan WES bonus xallarını Binance Smart Chain blokçeynində buraxılmış WES tokenlərə də dəyişmək mümkündür.
Hər bir şəxs bu və digər üstünlükləri araşdırıb, onlardan faydalanmaq üçün Wegros platformasında qeydiyyatdan keçə bilər.