Amerikalı sahibkar İlon Mask “SpaceX” şirkətinin səhmlərinin ilkin kütləvi təklifi (IPO) nəticəsində tarixdə ilk trilyonçu olub.
"SpaceX" IPO üçün səhm qiymətini 135 dollar müəyyənləşdirib — Şirkətin dəyəri 1,77 trilyon dollar qiymətləndirilir
FED.az xəbər verir ki, bu barədə Britaniyanın “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, şirkət daha əvvəl səhmlərinin ilkin kütləvi yerləşdirilməsi zamanı rekord həcmdə – 75 milyard ABŞ dolları cəlb etməyi planlaşdırdığını açıqlamışdı.
ABŞ-nin “SpaceX” şirkəti iyunun 11-də açıq təklifdən əvvəl səhmlərinin qiymətini və sayını açıqlayıb. Şirkət hər biri 135 ABŞ dolları dəyərində 555 min 555 səhm buraxıb.
Bildirilib ki, “SpaceX” səhmləri iyunun 12-dən etibarən Nasdaq birjasında SPCX indeksi altında ticarət olunacaq. (Azərtac)














