2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan xaricə 76,2 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nda bildirilir.
Məlumata görə, bu, ötən ilin 6 ayı ilə müqayisədə 25,2 milyon ABŞ dolları və ya 49,4% çoxdur. Ötən ilin yanvar-iyun aylarında Azərbaycan 51 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac etmişdi.
İxracatdakı ən kəskin artım iyun ayında qeydə alınıb. Belə ki, təkcə iyun ayında 11,5 milyon dollarlıq meşə fındığı ixrac olunub ki, bu da illik müqayisədə 7,1 milyon dollar (161,4%) kimi rekord artım deməkdir.