204-cü ildə "Azəripək" MMC 588,4 min dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən "Azəripək" MMC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində sonuncu yerdə durur.
Həmin göstəricinin həcmi 2023-cü il ilə müqayisədə 1 milyon 112 min dollar və ya 65,2% (2,9 dəfə) azdır.
Qeyd edək ki,2023-cü il ərzində "Azəripək" MMC 1,7 milyon dollar dəyərində məhsul ixrac edib.