Almaniyanın idman geyimləri və aksessuarları şirkəti «Adidas AG» ona məxsus olan AB Brendi «Reebok»u satmağa hazırlaşır.
FED.az xəbər verir ki, bu qərar şirkətin yaxın günlərdə açıqlanacaq 5 illik strategiyası çərçivəsində qəbul olunub.
«Nəticədə şirkət «Reebok»un satışına hədəflənmiş prosesə başlayıb»-deyə bildirilir.
Xatırladaq ki, «Reebok» 2006-cı ildən «Adidas»a məxsusdur. «Adidas AG» şirkətində bildirilib ki, «Reebok»un bu şirkətə məxsus olduğu 15 il ərzində brendi dirçəltmək mümkün olmayıb. Xüsusilə ötən il «Reebok» şirkəti pandemiyadan böyük zərər çəkib – onun satışları 42% azalıb.
«Adidas» da ümid edirlər ki, şirkət «Reebok»dan can qurtarmaqla beynəlxalq bazarda vəziyyətini daha da yaxşılaşdıra biləcək. Burada onun əsas rəqəbi Amerikanın «Nike» şirkətidir.