Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycan manatı ilə emissiya etdiyi istiqrazlar 730 gün müddətində dövriyyədə olacaq.
Eləcə də bax: SOCAR İstiqrazlarının sahibləri - 13.75 MİLYON DOLLAR QAZANDI
Bu barədə FED.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib. Palatadan bildirilib ki, yeni istiqraz partiyası nominal qiyməti 1000 manat olan 10 min ədəd istiqrazdan ibarət olacaq. İstiqrazarın illik gəlirliliyi 9,25% olacaq. Faiz ödənişləri 3 aydan bir həyata keçiriləcək.
Yeni istiqrazları həm hüquqi, həm də fiziki şəxslər ala biləcək. İstiqrazlar kütləvi satış üsulu ilə Bakı Fond Birjasında satılacaq.
Xarici Bankın Azərbaycanda buraxdığı manat istiqrazının – GƏLİRLİYİ AÇIQLANIB
17:38
17 İyul 2019