Donald Tramp adını daşıyan memecoin ($TRUMP) qısa müddət ərzində minlərlə investorun böyük maliyyə itkisi ilə üzləşməsinə səbəb olub.
Bitcoin 100 min dollara çata bilmir - QİYMƏT UCUZLAŞDI
FED.az xəbər verir ki, 813 mindən çox kriptovalyuta cüzdanı ümumilikdə 2 milyard dollar itirib.
Yanvarın 17-də bazara çıxarılan $TRUMP sürətlə dəyər qazanaraq 19 yanvarda 75 dollara qədər yüksəldi. Lakin bir neçə gün sonra sərt eniş yaşadı və hazırda hər tokenin qiyməti cəmi 16 dollar civarındadır. Bu, memecoin-in əvvəlki dəyərinin dörddəbirinə bərabərdir.
Memecoin vebsaytında bu kriptovalyutanın sərmayə vasitəsi kimi deyil, daha çox dəstək məqsədilə alınmalı olduğu vurğulansa da, bir çox investor bu xəbərdarlığa məhəl qoymayaraq sürətli qazanc əldə etməyə çalışıb. Əslində, hər 1 dollar ticarət haqqına qarşılıq investorlar 20 dollar itirib.
Bəzi investorlar böyük məbləğdə qazanc əldə edə bilib. Məsələn, $TRUMP-un ticarətə başladığı ilk gün bir investor cəmi 18 sent qiymətinə 6 milyon token aldı və iki gün sonra həmin səhmləri sataraq 109 milyon dollar qazanc əldə etdi. Lakin belə uğurlu nümunələr nadir hallarda rast gəlinir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür