“Sumqayıt Ağac Emalı” ASC və “Sumqayıt-Dalğa” ASC-nin səhmləri ticarətə buraxılıb.
FED.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, BFB-nin Listinq Komitəsinin sentyabrın 27-də verdiyi qərarı ilə həmin şirkətlərin qiymətli kağızları Alternativ Bazar seqmentində satışa çıxarılıb.
Qeyd eədk ki, şirkətlərin səhmlərinin ilkin ticarət qiyməti 2 manatdır. Ancaq onların satışa çıxarılan hissəsinin həcmi barədə məlumat verilmir.
№ |
Döv. Qeyd. nömrəsi |
Q/k növü və forması |
Emitent |
Q/k-ın ticarətə buraxılması tarixi |
Q/k-ın ilkin ticarət qiyməti |
1 |
AZ1001000194 |
Adi səhm |
“Sumqayıt Ağac Emalı” ASC |
27.09.2018 |
2 AZN |
2 |
AZ1001007173 |
Adi səhm |
“Sumqayıt-Dalğa” ASC |
27.09.2018 |
2 AZN |
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir