Hollandiyanın “APM Terminals” şirkəti Türkiyədəki “APM Terminalleri Liman Isletmeciligi A.S.”in yeganə aktivinin SOCAR-a (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) satılması ilə bağlı razılığa gəlib.
FED.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı xəbər verir.
Razılaşmaya əsasən, “SOCAR Turkiye Enerji” “APM Terminalleri Liman Isletmeciligi A.S.”nin səhmlərinin 100%-nə sahib olacaq.
"Sövdələşmə Türkiyənin tənzimləyici orqanları tərəfindən qəbul edilməlidir və yaxın aylarda başa çatacağı gözlənilir”, - deyə “APM Terminals”ın məlumatında qeyd olunur.
Sövdələşmənin dəyəri açıqlanmır.
“"APM Terminals” “Petlim Container Terminal” adlanacaq terminalın idarəçiliyini davam etdirəcək. Hesab edirik ki, SOCAR həm ən üstün təhlükəsizlik standartlarına, həm də bu rayonda yanalma körpülərinin ən yüksək məhsuldarlığına malik olan terminalı bundan sonra da inkişaf etdirəcək", - deyə “APM Terminals”ın məlumatında bildirilir.
Hollandiyalı şirkətin idarə etdiyi İzmirdəki Petlim Limanı, 700 metr sahil uzunluğuna, 1.5 milyon TEU tutuma malikdir. Ögey dənizi bölgəsinin dünya ticarətinə açıldığı qapı olan bu liman, Türkiyənin də ən böyük 3-üncü böyük konteyner mərkəzidir.