2 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında "Ekspress-C" ASC-nin mütəşəkkil kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilib.
Eləcə də bax: “EKSPRESS-C” 4 milyon manatlıq istiqrazların emissiyasını - PLANLAŞDIRIR
Birjadan FED.az-a verilən məlumata görə, 2 milyon manat həcmində olan yerləşdirmənin anderraytinq xidmətini BFB-nin üzvü olan "AzFinance İnvestisiya Şirkəti" QSC həyata keçirib.
BFB-nin sədri v.m.i.e Eldar Abdullayev “Açılış Zəngi” Mərasimini açıq elan edərək "Ekspress-C" ASC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib.
Qeyd edək ki, "Ekspress-C" ASC-nin əsas fəaliyyət sahəsi metal məmulatlarının əridilməsi və onlardan tikinti materiallarının istehsalıdır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.