“EKSPRESS-C” ASC 4 milyon manat məbləğində istiqrazların emissiyasını planlaşdırır.
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilir.
Emissiya prospektinə əsasən, nominalı bir qiymətli kağız üçün 1 min manat olan 4 min istiqraza bölünür. İstiqrazlar 24 ay müddıti emissiya olunur, gərlilrlik – illlik 12,5%-dir (faizlər rübdə bir dəfə ödənilir).
Emissiya 3 tranş ilə həyata keçirilib: ilk trans 2 milyon manat, ikinci və üçüncü – hər biri 1 milyon manat təşkil edəcək.
“EKSPRESS-C” istiqrazların yerləşdirilməsində cəlb olunan vəsaiti metallurgiya ənayesi məhsullarının istehsal həcminin artırılması, həmçinin ixracın artımı və daxili tələbin ödənilməsinə yönəltməyi planlaşdırır. Şirkət armatur və metal məmulatların istehsalı ilə məşğul olur.
“EKSPRESS-C”-nin nizamnamə kapitalı 8 milyon 354,9 min manata bərabərdir. Şirkət Bakıda fəaliyyət göstərir. Cəmiyyətin səhmdarları iki fiziki şəxsdir, əsas səhmdar Camaləddin İsmayılovdur (kapitaldakı payı 96,22%-ə bərabərdir). 2020-ci ili sonuna şirkətin aktivləri 1 milyon 145,693 min manata bərabərdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür