Dünən avro, funt-sterlinq və yen bir neçə aylıq minimumlara yaxın səviyyələrdə qərarlaşıblar.
Üstəlik, ABŞ Xəzinədarlıq və Maliyyə Nazirliyinin gəlirlərinin artması sayəsində dolların güclü dəstək alması fonunda Yaponiya valyutası 150 yen psixoloji cəhətdən əhəmiyyətli həddin altında ticarət olunur.
Həmçinin, ABŞ-da istehsal sektorunda PMI göstəricilərinin müsbət açıqlanması və FED rəsmilərinin mərkəzi bankın "bir müddət" sərt monetar siyasətini davam etdirəcəyini deməsi dollara mövqelərini qorumağa kömək oldu.
“JOLTS” agentliyinin boş iş yerləri ilə bağlı hesabatı proqnozların üzərində açıqlandı. Analitiklər göstəricinin 8.800M səviyyəsində olacağını ehtimal etsələr də, 9.610M səviyyəsinə qədər artım oldu.
Bugün Amerikadan "ADP"-dən Qeyri-kənd Təsərrüfatında Yeni Yaranan İş Yerlərinin Sayındakı Dəyişikliklər, eləcə də ABŞ, Avrozona və Böyük Britaniyada PMI göstəriciləri investorların diqqət mərkəzində olacaq əsasən hadisələrdir. Eləcə də Bakı vaxtı ilə saat 12:00-da AMB-nın sədri Kristin Laqardın çıxışı da əhəmiyyətli sayılır.
“OPEC”-in bügün keçiriləcək toplantısı və Amerikanın Neft Ehtiyyatları ilə bağlı hesabatı “qara qızıl”ın qiymətlərinə ciddi təsir edə bilər.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.