ABŞ ilə Çin arasında şiddətlənən ticarət müharibəsi qlobal iqtisadi artıma mənfi təsir edir və investorlar riskli altivlər yatırdıqları sərmayələri geri götürərək qızıla yatırırlar.
FED.az xəbər verir ki, qızılın unsiyasının qiyməti "etibarlı liman" xarakterli alışlar ilə 1 600 dollara doğru yüksəlir.
Comex bazarında qızılın qiyməti 1.6 faiz yüksələrək unsiyası 1565 dollara qalxıb və 2013-cü ildən bu yana ən yüksək səviyyəsini görüb.
Gümüşün qiyməti də yuxarı istiqamətdə hərəkət edib və qiyməti 2.1 faizə qədər yüksəlib.
Marja.az