Qızıldakı "ralli" zəifləmə istiqamətində heç bir işarə göstərmir.
Xəbər verdiyimiz kimi, ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Mousavi bu sanksiyalar nəticəsində Vaşinqton ilə diplomatik yolun "əbədi" bağlandığını bildirib.
Eləcə də bax: Facebook öz kriptovalyutasını bazara çıxaracaq - PUL TRANSFERİ MÜMKÜN OLACAQ
ABŞ və İran arasında baş verənlər qlobal bazarlarda qeyri-müəyyənliyi daha da artırıb. Qızılın unsiyasının qiyməti 1439.21 dolları görüb. Bu, 2013-cü ilin May ayından bəri ən yüksək qiymətdir.
FED-in faiz endirəcəyinin gözlənilməsi ilə əlaqədar olaraq dollar ucuzlaşır. İnvestorların dollardan sürətlə çıxışı və qızıla yönəldikləri müşahidə olunur.
Qlobal kapital bazarı qeyri-müəyyənlikdən yaranmış qorxudan dolayı olduqca narahatdır. Bu qeyri-müəyyənlik "etibarlı liman" alışlarını artırıb.