Mərkəzi Bankın yoxlamalarından sonra “PSG-Kapital İnvestisiya Şirkəti” və onun vəzifəli şəxsi cərimələnib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bildirilir ki, mikromaliyyə təşkilatında Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 548.1.-ci maddəsinə müvafiq olaraq “PSG-Kapital İnvestisiya Şirkəti” və onun vəzifəli şəxsi min manat məbləğində cərimə edilib.