22 sentyabr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105018789 ISIN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
FED.az xəbər verir ki, hərrac zamanı 10 investor tərəfindən qiyməti intervalı 96.6621 (9.8800%) və 100.3500 (7.8075%) olan 14 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0544 (7.9700%), orta ölçülmüş qiyməti 100.0676 (7.9627%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 83,994,600.00 manat yerləşdirilmiş həcmi isə 30 mln. manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 20 sentyabr 2022-ci il.
Hərrac iştirakçıları 23 sentyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.