"Viator Mikrokredit Azərbaycan" Bank olmayan kredit təşkilatının istiqraz buraxacağı barədə məlumat verilmişdi. İstiqrazların buraxılacağı tarix barədə FED.az-a açıqlama verən BOKT-un İdarə heyətinin sədri Aynur Əliyeva ən yaxşı halda istiqrazların yanvarda buraxılacağını bildirdi. O hələlik BOKT-un müşahidə şurasının istiqrazların buraxılması barədə detalların qətiləşdirilməsini qeyd etdi.
Xatırladaq ki,bir müddət əvvəl BOKT-dan verilən məlumata görə, bu barədə qərar şirkətin Müşahidə Şurasının oktyabrın 11-də keçirilmiş yığıncağında qəbul edilib.
Müşahidə Şurasının qərarına görə, manatla istiqraz buraxılışının həcmi 100-200 min manat, illik gəlirlilik 14-15% olacaq. İstiqrazların nominal qiyməti hələlik müzakirə edilir və sayının 500-1000 ədəd arasında olacağı gözlənilir.