11 oktyabr 2018-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “İmişli-Yağ-Pendir” ASC və “Mingəçevir Balıq” ASC-nin qiymətli kağızları BFB-də alternativ bazar seqmentində listinqə daxil edilmişdir.
Birjadan daxil olmuş məlumata görə, bu gün hər iki ASC-nin səhmləri 2 manatdan ticarətə buraxılıb.
İstiqrazların yerləşdirməsi üzrə anderrayter “Unicapital İŞ ASC”-dir.
 
| № | Döv. Qeyd. nömrəsi | Q/k növü və forması | Emitent | Q/k-ın ticarətə buraxılması tarixi | Q/k-ın ilkin ticarət qiyməti | 
| 1 | AZ1001012462 | Adi səhm | “İmişli-Yağ-Pendir” ASC | 12.10.2018 | 2 AZN | 
| 2 | AZ1001002604 | Adi səhm | “Mingəçevir Balıq” ASC | 12.10.2018 | 2 AZN | 
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir




 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








