Facebook 5 milyard dollarlıq məhkəmə cəzasından sonra 2-ci rüb üzrə qazancını açıqlayıb. 2-ci rübdə 16.9 milyard dollar gəlir əldə edən Facebookun səhm qiyməti 1.99 dollar oldu.
FED.az xəbər verir ki, Zacks Consensus, Facebookun 2-ci rübündə səhm qiyməti 1.90 dollar olmaqla ümumilikdə 16.45 milyard dollar gəlir əldə edəcəyini gözləyirdi. Ancaq Facebook, açıqladığı rəqəmlərlə bu gözləntinin üstünə çıxdı.
Facebookun günlük aktiv istifadəçi sayı 1.59 milyarda çatdığı halda Instagram, Whatsapp və Messengeri əhatəsinə alan Facebookun tətbiqlər toplusu 2.1 milyard günlük istifadəçi sayına çatdı.
ABŞ, Kanada və bəzi Asiya bölgələrində şirkətin böyüməsində durğunluq yaşandığı halda, Avropa və dünyanın digər yerlərində şirkət sürətlə böyüməyə davam edir.